top of page

18.01.2024
Qış İdman Növləri Federasiyası tərəfindən 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FİS) ünvanlanan müraciətə əsasən "Şahdağ Turizm Mərkəzi"ndə aparılan yamacların homoloqasiya prosesi başa çatıb.
FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsinə əsasən "Şahdağ Turizm Mərkəzi"nə Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən sertifikat təqdim edilib.
Sertifikata əsasən "Şahdağ Turizm Mərkəzi"nə Dağ Xizəyinin Slalom və Giqant Slalom, Super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.
Eyni zamanda "Şahdağ Turizm Mərkəzi" beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.
bottom of page