top of page
Nərgiz Süleymanova Polşanın Varşava şəhərində keçirilən "PGE Warsaw Cup" adlı yarışda iştirak edib.

24.11.2024

20-24 noyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda ilk dəfə təmsil edən idmançımız Nərgiz Süleymanova Polşanın Varşava şəhərində keçirilən "PGE Warsaw Cup" adlı yarışında iştirak edib.

Qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 26 idmançı arasında 135,15 xal toplayıb və yekun nəticədə 16-cı yerə sahib olub.

bottom of page