top of page
Xizək Alpinizmi və Dağ xizəyi üzrə milli komandamız təlim-məşq toplanışını Qəbələnin dağ kurortu olanTufandağda keçirdilər.

06.03.2025

Milli İdmançılarımız təlim-məşq toplanışını Qəbələnin dağ kurortu, Tufandağda keçirdilər.

Tufandağ xizək idmanı növü üçün ideal şərait yaradan unikal təbii xüsusiyyətləri ilə seçilir. Burada hər səviyyə üçün xizək zolaqlarının mövcudluğu, mükəmməl qar örtüyü və sıx meşələr xizəkçilik üçün çox gözəl imkanlar yaradır. Bu da, bölgənin yalnız peşəkar idmançılar üçün deyil, həmdə yeni başlayanlar üçün cəlbedici mərkəz olmasını təmin edir.

Təlimlər çərçivəsində idmançılarımız həm dağ xizəyi, həm də xizək alpinizmi üzrə intensiv təlimlər keçdilər. Milli komandanın təlimləri, gələcəkdə Azərbaycanda bu idman növünün inkişaf və daha geniş yayılması üçün mühüm addım olmaqla yanaşı, regional komandaların formalaşdırılması istiqamətində də önəmli perspektivlər açır.

bottom of page