top of page
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib.

19.10.2024

Oktyabrın 19-da Bakıda Beynxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası təşkil edilibdir.

Ölkəmizdə ilk dəfə baş tutan tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edibdirlər.

Tədbirdə ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxının assambleya iştirakçılarına videomüraciəti təqdim olunub.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Qış Federasiyasının vitse-prezidenti Florian Sengtschmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazimi infrstrukturunun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların qış idman növlərinə marağının artırılması istiqamətində həm dövlət, həm də Federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib.

O, cari ilin mart ayında Azərbaycanda Xizək Alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının, həmçinin ilkin mərhələdə bir sıra qış idman növlərinin istifadəyə verilməsinin bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Florian Sengtschmid 2025-ci ilin yanvar ayında "Şahdağ Turizm Mərkəzi"ndə keçiriləcək Xizək Alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını və yamacların yarışın keçirilməsi üçün hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Beynəlxalq Xizək Alpinizminin prezidenti Regula Meyeri Azərbaycanda xizək idman növlərinə marağın artmasını və beynəlxalq standartlara cavab verən yamacların və infrastruktun yaradılması yüksək qiymətləndirilib.

Regula Meyeri Beynəlxalq Federasiyanın gələcəkdə də Avropa və Dünya Çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.


bottom of page