top of page
Gənclər və İdman naziri Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyeri qəbul edib.

17.10.2024

Oktabrın 16-sında Gənclər və İdman naziri Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyeri qəbul edib.

Qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüşdə Beynəlxalq Xizək Alpinizmi Federasiyası ilə əlaqələr, Azərbaycanda xizək alpinizmin inkişafı və gələn il ölkəmizdə keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq istiqamətində görülən işlər müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Qış Federasiyasının baş katibi Günel Bədəlova və "Şahdağ Turizm Mərkəzi"nin sədri Rüstəm Nəcəfov da iştirak edibdirlər.

bottom of page