top of page

04.12.2022
İdmançılarımız Vladimir Litvintsev və Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən "2022 Bosphorus İstanbul Cup" beynəlxalq yarışında iştirak ediblər.
Azərbaycanı Fiqurlu Konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən "2022 Bosphorus İstanbul Cup" beynəlxalq yarışında iştirak edib və atletimiz çıxışı zamanı 250.52 xal toplayaraq digər rəqiblərini geridə qoyub, 1-ci yerin sahibi olubdur.
Həmçinin sözügedən yarışda digər idmançımız Səbinə Əliyeva da iştirak edib. Atletimiz ümumilikdə 105.47 xal toplayaraq 21-ci yerdə qərar tutub.
bottom of page