top of page
İdmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramil Beybutov Fransanın Puy-Saint Vinsent qəsəbəsində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.

30.03.2025

26-30 mart tarixlərində Fransanın Puy-Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında Xizək Alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində idmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramil Beybutov iştirak ediblər.

Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında 7-ci, individual növdə isə 13-cü yerdə qərarlaşaraq xizək alpnizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.

Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.

bottom of page