top of page

18.02.2023
Fevralın 19-da Qış İdman Növləri Federasiyasının və "Şahdağ Turizm Mərkəzi"nin təşkilatçılığı eləcə də Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Ümummilli liderin 100 illik yubleyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.
İdman tədbirində öncədən qeydiyyatdan keçən və 3 müxtəlif yaş kateqoriyasında olan 55 qız və oğlan xizəkçi yarışın "Slalom Gigant" növü üzrə mübarizə aparıblar.Balaca idmançılar 500 metrlik məsafəni sürətlə qət edərək yeksək nəticə əldə etməyə çalışıblar.
Sözügedən yarışda müxtəlif kateqoriyalardan olan idmançılarımız qalib gələrək "Şahdağ Turizm Mərkəzi" tərəfindən medallar və kuboklar təltif olunublar.Həmçinin onlara Milli Olimpiya Komitəsi tərəfindən diplomlar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.Tədbirdə Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev qonaq qismində iştirak edib.
bottom of page