top of page
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci olub.

16.12.2022

İlya Kostov 15 dekabr 2022-ci il tarixində İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında iştirak edib.

Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən idmançımız İlya Kostov 15 dekabr 2022-ci il tarixində İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində keçirilən FIS təqvimininin beynəlxalq yarışında iştirak etmişdir.

Atletimiz yarışın 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında dağ xizəyi idmanının "downhill" növü üzrə birinci yerin qalibi olmuşdur.

Qeyd edək ki, yarışlara 3 yaş kateqoriyası üzrə 11 ölkədən 106 kiştirakçı qatılmışdır.

bottom of page