top of page

01.04.2025
Paralimpiyaçımız Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində mübarizə aparıb.
LW3 kateqoriyası üzrə çxış edən idmançımız ilkin mərhələni 1:26.69 nəticə ilə öz kateqoriyasında ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçımız yarışın öz kateqoriyasında ikinci pillədə, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü olaraq bitib.
bottom of page