top of page
İdmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 25-26 yanvar tarixlərində İtaliyanın Forni di Sopra şəhərində yeniyetmələr arasında keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.

27.01.2025

Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası 25-26 yanvar tarixlərində İtaliyanın Forni di Sopra şəhərində yeniyetmələr arasında keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak edib.

Yarışda ölkəmizi idmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov təmsil ediblər.

Yarışın spirt növündə 15 ölkədən olan iştirakçı arasında Nəbiyulla Qələbəgiyev 7-ci, Ramin Beybutov isə 8-ci yerə sahib olublar.

bottom of page