top of page
"Şahdağ Turizm Mərkəzi"ndə Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.

10.01.2025

Yanvarın 9-da Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.

Yarış Beynəlxalq Xizək Alpinizmi və Azərbaycan Qış İdman Növləri Federasiyalarının, eləcədə "Şahdağ Turizm Mərkəzi"nin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərində keçiriləcək.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerka Birləşmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək.

Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də isə individual növlər üzrə mübarizə aparacaqlar.

bottom of page