top of page
Polşanın Qdansk şəhərində keçirilən ikinci İSU yeniyetmələr üzrə Qran-Pri yarışında Səbinə Əliyeva qısa proqram üzrə çıxış edib

07.10.2022

Oktyabrın 5-dən 8-dək Polşanın Qdansk şəhərində keçirilən ikinci İSU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edən fiqurlu konkisürənimiz Səbinə Əliyeva qısa proqram üzrə çıxış edib.

İdmançımız ümumi nəticəyə əsasən 49 iştirakçı arasında 39.02 xal toplayaraq 29-cu pillədə qərarlaşıb.

Oktyabrın 7-də isə atletimiz sərbəst proqram üzrə çıxış edəcək.

İdmançımıza Azərbaycan Qış İdmanı Növləri Federasiyası adından uğurlar diləyirik.

bottom of page