top of page
Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

15.02.2022

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü Mehman Ramazanzadə Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Atletimiz Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Mehman Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.


XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

bottom of page