top of page
Azərbaycan Qış İdmanı Növləri Federasiyası Beynəlxalq Federasiyanın üzvü olub

15.10.2022

Oktyabrın 15-də Beynəlxalq Xizək Alpnizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasında keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyası ISMF üzvlüyünə qəbul edilib.

Assambleya çərçivəsində Azərbaycan Qış İdmanı Növləri Federasiyanın Baş katibi Günel Bədəlova Federasiyanın inkişaf strategiyası, görülmüş işlər və gələcək hədəfləri barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, bundan öncə Federasiya Beynəlxalq Xizək və Snoubordinq Federasiyasına (International Ski Federation-FIS) üzv olaraq qəbul edilib.

bottom of page