top of page
İdmançılarımız Almaniyada keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq yarışda iştirak edib.

03.02.2023

İdmançılarımız Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə "Bavaria Open 2023" yarışında Azərbaycanı təmsil edib.

Yarışda Azərbaycan tək konkisürmədə 1 yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.

İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzerə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü yerə sahib olub.

Fevralın 3-də həmçinin buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqs üzrə öz çıxışlarını edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.yarış fevralın 5-dək davam edəcəkdir.

bottom of page