top of page
İdmançılarımız Nəbiyulla Qələbəqiyev, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərində Davraz xizək mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Türkiyə Çempionatında iştirak ediblər.

16.03.2025

Ölkəmizi Xizək alpinizmi üzrə yarışlarda təmsil edən idmanşılarımız Nəbiyulla Qələbəqiyev, Nurid Şəkərəliyev və Abel İsmixanov 14-16 mart tarixlərində Xizək Alpinizmi üzrə Türkiyə Çempionatında iştirak ediblər.

Yarışın sprint növü üzrə U18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında 1-ci, Ramin Beybutov 4-cü, U16 ketqoriuyasında 13 idmançı arasında Abel İsmixanov 1-ci, Nurid Şəkərəliyev 2-ci, U14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında 2-ci yerə sahib olublar.

Həmçinin yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yer, U14 kateqoriyasında Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıblar.

bottom of page