top of page
Fiqurlu konkisürmə üzrə idmançımız Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.

26.01.2024

Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.

Səbinə Əliyeva 2024-cü ilin fevralın 26-dan martın 3-nədək keçiriləcək yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatına vəsiqə qazanmışdır. Bu uğuru idmançımızı 22-28 yanvar tarixlərində Türkiyənin İzmir çəhərində keçirilmiş "Ephesus Cup" yarışında əldə etmişdir. Beləki Səbinə Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və 2-ci yerin qalibi olmuşdur.

bottom of page