top of page
Paralimpiyaçımız aldığı zədə səbəbindən yarışa qatıla bilməyib

08.03.2022

Çinin paytaxtı Pekində keçirilən XIII Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançımız Mehman Ramazanzadə yarış öncəsi son məşqində aldığı ağır zədə səbəbindən yarışa çıxa bilməyib.

Hadisədən dərhal sonra idmançımıza lazım olan ilkin tibbi yardım göstərilib. Hazırda Mehman Ramazanzadənin vəziyyətinin yaxşı olduğu bildirilir.


Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında idmançımız kross-kantri növünün sprint kateqoriyasında çıxş etməli idi.

bottom of page