top of page

04.04.2025
Paralimpiyaçımız Polad Rzayev bu gün Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində çıxış edib.
LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsində çıxış edib.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
bottom of page