top of page
Polad Rzayev İtaliyadakı beynəlxalq turnirin həlledici mərhələsində çıxış edib.

01.04.2025

Paralimpiyaçımız Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində mübarizə aparıb.

LW3 kateqoriyası üzrə çxış edən idmançımız ilkin mərhələni 1:26.69 nəticə ilə öz kateqoriyasında ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçımız yarışın öz kateqoriyasında ikinci pillədə, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü olaraq bitib.

bottom of page