top of page
Yaponiyanın Saitama şəhərində fiqurlu konkisürmə üzrə Dünya Çempionatı keçirilib.

26.03.2023

22-26 mart tarixlərində Yaponiyanın Saitama şəhərində fiqurlu konkisürmə üzrə Dünya Çempionatı keçirilib.

Yarışda ölkəmizi kişilər arasında tək konkisürmə üzrə Vladimir Litvintsev və buz üstündə rəqs növü üzrə isə cütlüyümüz Adriene Karhat və Aleksandr Kolosovskiy təmsil ediblər.

Yekun nəticələrə əsasən Vladimir Litvintsev 251.67 xalla 34 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Cütlüyümüz Adriene Karhat və Aleksandr Kolosovskiy isə buz üstündə rəqs növündə 55,59 xalla 29-cu pillədə yer tutublar.

bottom of page