top of page
Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında iştirak edən təmsilçilərimiz çıxışlarını başa vurub

26.03.2022

Martın 26-də Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında iştirak edən atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə son çıxışını edib.

Təmsilçimiz çıxışının nəticəsinə əsasən öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 14-cü yerə sahib olmuşdu.

Martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunub.

Qeyd edək ki, Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yerə sahib olub. Sərbəst proqramda isə 11-cu yerə yüksəlsə də ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərar tutub.

Digər təmsilçilərimiz Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatına martın 27-də yekun vurulacaq.

bottom of page