
02.06.2023
İyunun 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub.
Tədbirin əvvəlində qonaqlar və məktəblilər Dövlət Himnimizi birlikdə ifa ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışı edərək bildirib ki, buz meydançasının məhz "Heydər Əliyev İli"ndə istifadəyə verilməsi təsadüfi deyildi. Kompleksin əsası Ümumimilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. Bu yaxınlarda isə Gənclər və İdman Narirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub.
Meydançanın açılışında 2023-cü il Qran-Pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.
Qeyd edək ki, burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var.Müxtəlif ya. qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.