top of page
27-28 yanvar tarixlərində Qış İdman Növləri Federasiyasının və "Şahdağ Turizm Mərkəzi"nin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Xizək fristaylının moqul növü üzrə master-klass təşkil edilib.

29.01.2024

Qış İdman Növləri Federasiyasının və "Şahdağ Turizm Mərkəzi"nin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Xizək fristaylının moqul növü üzrə master-klass təşkil edilib.

"Şahdağ Turizm Mərkəzi"ndə 2 gün davam edən idman tədbiri çərçivəsində Yaponiyadan dəvət olunan idmançılar xizəksevərlərə, o cümlədən yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini öyrədib, müxtəlif ekstremal fənlər nümayiş etdiriblər.

Qeyd edək ki, xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-kross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur.

bottom of page