top of page
03.04.2022
Aprelin 6-da İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü ilə əlaqədar olaraq Bakı Bulvarında “Sağlam həyat” günləri çərçivəsində tədbir keçiriləcək.
Tədbirdə 10 müxtəlif yaş qrupu üzrə iştirakçılar müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarını sınayacaqlar. Onlara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qış İdman Növləri Federasiyası adından hər kəsi bu maraqlı və faydalı idman tədbirində fəal iştirak etməyə dəvət edirik.
bottom of page