top of page
İdmançımız Nərgiz Süleymanova Bolqarıstanın Sofiya şəhərində keçirilən "Sofia Trophy" yarışında iştirak edib.

12.01.2025

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Nərgiz Süleymanova 7-12 yanvar tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilən "Sofia Trophy" yarışında iştirak edib.

Qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 23 idmançı arasında 172.80 xal toplayıb və yekun nəticədə 5-ci yerə sahib olub. Bununla da, idmançımız Dünya Çempionatına vəsiqə qazanıb.

bottom of page