top of page
Xizəkçilərimiz Nəzrin Qəribova və Seyid Sədrəddinov İtaliyanın Bormio şəhərində keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.

23.02.2025

22-23 fevral tarixlərində idmançılarımız Nəzrin Qəribova və Seyid Sədrəddinov İtaliyanın Bormio şəhərində keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.

Yarışın "sprint" növündə Nəzrin Qəribova 21 ölkədən olan 80 idmançı arasında 49-cu, Seyid Sədrəddinov isə 95 idmançı arasında 83-cü yerdə qərarlaşıb.

Turnirin "mixed relay" növündə isə idmançılarımız 57 iştirakçı arasında 43-cü yerə sahib olublar.

bottom of page