top of page
Azərbaycan 2026-cı ildə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

29.05.2025

Azərbaycan Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üzrə Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən İSMF tərəfindən yarışların "Şahdağ Turizm Mərkəzi"ndə keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində "Şahdağ Turizm Mərkəzi"ndə keçirilməsi nəzərdə tutulur.

bottom of page