AZƏRBAYCAN QIŞ İDMAN NÖVLƏRİ FEDERASİYASI
HAQQIMIZDA
Azərbaycan Qış İdman Növləri Federasiyası 31 yanvar 2022-ci il tarixində yaradılmışdır. Federasiya Azərbaycanda qış idmanı mədəniyyətini inkişaf etdirmək və qorumaq öhdəliyinə sadiqdir. Hazırda federasiya əsasən dağ-xizək, xizək alpinizm, fiqurlu konkisürmə və snoubordinqin inkişafına diqqət yetirir. Məqsədlərimiz milli komandanı formalaşdırmaq, Azərbaycanda qış idman mədəniyyətinin yaradılmasında dəstək göstərmək, həmçinin uşaqlar və gənclər arasında qış idman növlərini təbliğ etməkdir. Məqsədlərimizə nail olmaq üçün Federasiya olaraq yerli peşəkar idmançıların inkişafına, xizək kurortlarının təşviqinə, müxtəlif yerli yarışların təşkilinə, məktəb proqramlarının həyata keçirilməsinə və bu proqramlarda iştirakın stimullaşdırılmasına xüsusi əhəmiyyət veririk.