Son Xəbərlər
01.12.2025
Azərbaycanın fiqurlu konkisürmə üzrə idman tarixində ilk dəfə olaraq azərbaycanlı idmançımız Avropa Çempionatında iştirak edəcəkdir.
27-30 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" adlı yarışda qısa və sərbəst proqram üzrə çıxış edən fiqurlu konkisürənimiz Nərgiz Süleymanova 25 idmançı arasında 156.53 xal toplayaraq qızıl medal sahibi olub və Avropa Çempionatına vəsiqə qazanıb.
26.09.2025
"Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının buz üstündə sərbəst rəqs proqramının final mərhələsi keçirilib.
"Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş "Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının buz üstündə sərbəst rəqs proqramının final mərhələsi keçirilib.
25.09.2025
"Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının rəsmi açılış mərasimi baş tutub.
Sentyabrn 24-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən "Beynəlxalq Konkisürmə Birliyinin (İSU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının rəsmi açılış mərasimi baş tutub.
06.05.2025
Azərbaycanla Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi, Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün tərəfdaşlıq haqqında müqavilə imzalanıb.










